...

Azərbaycanda 6 qanunsuz fəaliyyət göstərən aptek bağlanıb

Cəmiyyət Materials 23 Aprel 2012 16:04 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu ilin ilk rübü ərzində Azərbaycanda 6 qanunsuz fəaliyyət göstərən aptek aşkarlayıb.
Azərbaycanda 6 qanunsuz fəaliyyət göstərən aptek bağlanıb

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu ilin ilk rübü ərzində Azərbaycanda 6 qanunsuz fəaliyyət göstərən aptek aşkarlayıb. Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin apteklərin fəaliyyətləri dayandırılıb.

Ümumilikdə bu il sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 95 aptekdə reyd keçirilib.

Reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu aşkarlanıb. Bu qutuların 956-nın qeydiyyatsız dərman vasitələrinin olub. Reydlər zamanı istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti