...

Azərbaycanda rüşvət almaqda ittiham olunan polis mayoruna 6 il cəza verilib

Cəmiyyət Materials 24 Aprel 2012 14:04 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda rüşvət almaqda ittiham olunan polis mayoruna 6 il cəza verilib

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Rüşvət almaqda ittiham olunan polisə 6 il cəza verilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Məhkəmədən Trend-ə verilən məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Toğrul Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Xəbər lenti

Xəbər lenti