...

Azərbaycanda Beynəlxaq Əqli Mülkiyyət Günü qeyd olunur

Cəmiyyət Materials 26 Aprel 2012 13:51 (UTC +04:00)
Azərbaycanda Beynəlxaq Əqli Mülkiyyət Günü qeyd olunur.
Azərbaycanda Beynəlxaq Əqli Mülkiyyət Günü qeyd olunur

Azərbaycan, Bakı, 26 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanda Beynəlxaq Əqli Mülkiyyət Günü qeyd olunur.

Trend-in məlumatına görə, Bakıda cümə axşamı bununla bağlı keçirilən tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib ki, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan kreativ sənayenin payının daha da artırılması Azərbaycan hökumətinin prioritet hədəflərindən biridir və irihəcmli investisiya layihələrinin uğurla həyata keçirilməsində bu amilin mühüm rolu diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, bu səbəbdən piratçılıqla mübarizənin gücləndirilməsi, rəqəmli mühitdə hüquqların qorunması və idarə edilməsi, təhlillərin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və inkişaf proqnozlarının hazırlanmasına kömək məqsədi ilə Nazirlər Kabinetinin 2011-ci il 7 dekabr tarixli 195 nömrəli qərarı ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb.

İmanov deyib ki, agentliyin nəzdində "Qaynar xətt" açılıb, həmçinin il ərzində ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" yaradılıb.

Əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) sədri Elçin Babayev jurnalistlərə bildirib ki, EİF öz fəaliyyətində qrant layihələrin idarə olunmasının hüquqi aspektlərinə diqqət yetirir və bu sırada ən vacib məsələlərdən biri müəllif hüquqlarının qorunmasıdır. "Fonda müsabiqəyə daxil olan bütün layihələrin müəlliflik hüququ dərhal Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilir. Yəni layihə müsabiqədən keçsə də, keçməsə də onun müəlliflik hüquqları qorunur. Müvafiq şəhadətnamələr verilir", - o deyib.

Xəbər lenti

Xəbər lenti