...

ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlanıb

Cəmiyyət Materials 26 Aprel 2012 17:14 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlanıb.
ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlanıb.

ARDNŞ-dən cümə axşamı Trend-ə verilən məlumata görə, proqrama Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura pillələri üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr müraciət edə bilərlər.

Ödənişli Yay Təcrübəsi Proqramı tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları və nəzəri biliklərinin təcrübədə tətbiqi, iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi daşıyır.

Yay Təcrübəsinə seçilən tələbələrlə müvafiq iş yerində müvəqqəti (1 və ya 2 aylıq) əmək müqaviləsi bağlanılacaq və təcrübəçilərə aylıq əməkhaqqı ödəniləcək.

Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Ödənişli Yay Təcrübəsinin şərtləri və suallar bölməsi ilə tanış olduqdan sonra müraciət-ərizə formasını dolduraraq elektron qeydiyyata düşə bilərlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn rejimdə 15 May 2012-ci il tarixinə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti