...

Azərbaycan Diplomatik Akademiyası ikinci beynəlxalq sərgi keçirib

Cəmiyyət Materials 27 Aprel 2012 14:34 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) ikinci beynəlxalq sərgi-festival keçirib. Tədbir cümə günü Akademiyanın kitabxanasında baş tutub.
Azərbaycan Diplomatik Akademiyası ikinci beynəlxalq sərgi keçirib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) ikinci beynəlxalq sərgi-festival keçirib. Tədbir cümə günü Akademiyanın kitabxanasında baş tutub.

Ötən ildəkindən fərqli olaraq, bu il festival iştirakçılarının sayı təxminən iki dəfə artıb. Trend-in məlumatına görə, bu barədə Akademiyanın prorektoru Fariz İsmayılzadə bildirib.

Tədbirin iştirakçıları arasında Belarus, Çin, Macarıstan, İndoneziya, Yunanıstan, İraq, İsrail, İordaniya və başqa ölkələr var. Onlardan hər biri milli ənənələri əks etdirən eksponatlar təqdim edir.

Sərgi-festivalda təbrik nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov iştirakçılara uğurlar arzulayıb. Əzimov çıxışında Azərbaycanın dünyada artan nüfuzunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti