...

Ermənistanda sonsuzluq yüksək templə artır

Cəmiyyət Materials 10 May 2012 20:35 (UTC +04:00)
Ermənistanda sonsuzluq xəstəliyi qadınlar və kişilər arasında yüksək templə artır.
Ermənistanda sonsuzluq yüksək templə artır

Azərbaycan, Bakı, 10 may /Trend/

Ermənistanda sonsuzluq xəstəliyi qadınlar və kişilər arasında yüksək templə artır. Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı jurnalistlərə həkim-seksopatoloq Vrej Şaqramanyan bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, sonsuzluğun 15 faiz ötdüyü ölkə ciddi fəlakət qarşısında dayanır.

"Halbuki Ermənistanda sonsuzluq 15 faizi ötüb və 20 faizə yaxınlaşır", - həkim-seksopatoloq qeyd edib.

O deyib ki, hazırda klinikaya müraciət edən hər üç cütlükdən biri sonsuzluq problemi ilə üzləşir.

Şaqramanyanın sözlərinə görə, Ermənistanda sonsuzluq xəstəliyi tibbi problemə deyil, sosial-tibbi və ümummilli problemə çevrilib.

"Hər 4 sonsuzluq faktının biri boşanma ilə nəticələnir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti