...

"Eurovision"ın Rəsmi Fan Klubu Qız Qalasının yaxınlığında müsabiqənin pannosunu quraşdırıb (FOTO)

Cəmiyyət Materials 11 May 2012 11:47 (UTC +04:00)
"Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubunun təşəbbüsü ilə İçərişəhərdə, Qız Qalası tarixi abidəsinin yaxınlığında böyük ölçülü panno quraşdırılıb.
"Eurovision"ın Rəsmi Fan Klubu Qız Qalasının yaxınlığında müsabiqənin pannosunu quraşdırıb (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

"Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubunun təşəbbüsü ilə İçərişəhərdə, Qız Qalası tarixi abidəsinin yaxınlığında böyük ölçülü panno quraşdırılıb.

Fan Klubdan Trend-ə verilən məlumata görə, pannonun üzərində "Eurovision 2012"-nin iştirakçısı olan 42 ölkənin bayraqları əks olunub. Pannonun quraşdırılmasının əsas məqsədi "Eurovision 2012"-nin keçiriləcəyi günlər ərəfəsində və ərzində Bakı sakinlərinin və turistlərin marağını cəlb etmək, "Eurovision" əhval ruhiyyəsini bir qədər də artırmaqdır.

Qeyd edək ki, panno mayın sonuna qədər saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti