Gürcüstan, Tbilisi, 25 may / Trend, müxbir N.Kirsxaliya/
Gürcüstandakı azərbaycanlıların UNION gənclər təşkilatının üzvləri olan dekorativ-tətbiqi sənət ustalarının işlərindən ibarət sərgi Gürcüstan Parlamentində keçirilib.
Trend-in məlumatına görə, Parlamentin mətbuat xidmətindən bildirilib ki, sərgi Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) təşəbbüsü və dəstəyi, Gürcüstan Parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsi ilə birgə keçirilib.
Tədbir 26 May - Gürcüstanın Müstəqillik Gününə həsr edilib.
Sərgi cəmiyyəti Gürcüstanda yaşayan gənc istedadlı azərbaycanlıların işləri ilə tanış etmək, gənclərin yaradıcılığını stimullaşdırılmaq məqsədi daşıyır. Sərgidə şəkillər, keramika, xalçalar, toxunma dəsmallar, daş suvenirlər nümayiş olunub.
Sərgidə Gürcüstan Parlamentinin deputatları, Reinteqrasiya, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Gürcüstandakı azərbaycanlı iş adamlarının "AZEBİ" birliyi, QHT, ali məktəblərin tələbələri, etnik icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.