...

Azərbaycanda 7 nəfəri gün vurub, onlardan biri əcnəbidir

Cəmiyyət Materials 14 İyun 2012 16:18 (UTC +04:00)
Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar mayın 1-dən iyunun 14-dək çəmi 14 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib.
Azərbaycanda 7 nəfəri gün vurub, onlardan biri əcnəbidir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar mayın 1-dən iyunun 14-dək cəmi 7 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib. Bunu cümə axşamı Trend-ə stansiyanın baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, müraciət edənlər arasında uşaqlar yoxdur. Onlar arasında bir əcnəbi də olub. Müraciət edənlərin hamısı ilkin tibbi yardın göstərildikdən sonra evə buraxılıb.

Həmidov hava şəraitinin istiləşməsinin stansiyaya edilən müraciətlərin sayına hələlik təsir etmədiyini söyləyib.

Həmidov isti hava şəraiti ilə əlaqədar BŞTTTYS-in gücləndirilmiş iş rejiminə keçməsinə ehtiyac olmadığını da söyləyib.

Xəbər lenti

Xəbər lenti