...

Bakıda hakimlər və hüquqşünaslar üçün yay məktəbi təşkil ediləcək

Cəmiyyət Materials 20 İyun 2012 13:50 (UTC +04:00)
Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, Konfederasiya Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə birgə iyunun 23-dən 27-dək sayca ikinci yay məktəbini təşkil edəcək.
Bakıda hakimlər və hüquqşünaslar üçün yay məktəbi təşkil ediləcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda hakimlər və hüquqşünaslar üçün yay məktəbi təşkil ediləcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, Konfederasiya Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə birgə iyunun 23-dən 27-dək sayca ikinci yay məktəbini təşkil edəcək.

İkinci yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinə həsr olunub.

Yay məktəbində 18 hakim və 14 hüquqşünas iştirak edəcək.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun, Nikoyl Bank-ın, USAID və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq 2-ci yay məktəbində bu qurumların nümayəndələri ilə yanaşı, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndəsi Mayke Ruhliq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, Nikoyl Bank-ın idarə heyətinin sədri Vasili Viktoroviç Xamaza, ABA CELLI-nin Azərbaycandakı nümayəndəliyindən Mişel Bredi açılış və salamlama nitqi ilə çıxış edəcəklər.

Tanınmış hüquqşünaslardan, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri Lətif Hüseynov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Avropa İttifaqının TACIS layihəsi üzrə hüquqi eksperti Mjriana Visentin, Almaniya Federal Məhkəməsinin təqaüddə olan baş hakimi Otto Malman, almaniyalı ekspert vəkillər Stefan fon Raumer və Klayne Kozak ekspert qismində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti