...

Nazim İbrahimov: Ukraynada Azərbaycan diasporunun rəhbəri sifarişlə qətlə yetirilib

Cəmiyyət Materials 5 İyul 2012 16:24 (UTC +04:00)
Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Ukraynada sifarişli şəkildə qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib.
Nazim İbrahimov: Ukraynada Azərbaycan diasporunun rəhbəri sifarişlə qətlə yetirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Ukraynada sifarişli şəkildə qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib.

"Biz hüquq mühafizə orqanı deyilik, lakin orada hüquq-mühafizə orqanlarının bu məsələyə məsuliyyətlə yanaşması üçün səy göstəririk, onlara lazım olan köməyi göstəririk", - İbrahimov deyib.

Komitə sədri bildirib ki, bütün diaspor üzvləri gördükləri işlərdə, öz fəaliyyətlərində diqqətli olmalıdırlar.

"Əvvəlki illərdən fərqli olaraq artıq xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti tək yaşadıqları şəhər, yerli ictimaiyyət tərəfindən deyil, həmin ölkələrin ali rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Bəzi ölkələrdə azərbaycanlılara qarşı böyük qısqanclıq var", - İbrahimov açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra azərbaycanlılar daha diqqətli olmalıdırlar.

"Belə qətl hadisələri Azərbaycanın diaspor nümayəndələrini, onların rəhbərlərini qorxutmamalıdır. Bəzən hansısa diaspor rəhbərinə qarşı təxribat törədilir ki, gələcəkdə diaspor işinə gəlmək istəyənləri qorxutsunlar. Lakin diaspor fəaliyyəti Azərbaycan üçün görülən bir işdir və həmvətənlərimiz daha mətin olmalıdırlar, azərbaycançılıq yönümündə fəaliyyətlərini daha da genişləndirməlidirlər", - o deyib.

Xəbər lenti

Xəbər lenti