...

Azərbaycan və Türkiyə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Cəmiyyət Materials 12 İyul 2012 19:57 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelik və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend-ə cümə axşamı Xidmətdən məlumat verilib.
Azərbaycan və Türkiyə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelik və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend-ə cümə axşamı Xidmətdən məlumat verilib.

Nəbiyev qonaqları səmimi salamlayaraq qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu, eyni zamanda, miqrasiya sahəsində əməkdaşlığın uğurla davam və inkişaf etdirildiyini söyləyib. Xidmət rəisi son illər respublikamızda miqrasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, əldə edilən müsbət nəticələrdən danışıb. O, həmçinin bu səfərin əmək miqrasiyası sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulayıb.

Azərbaycanın sürətli iqtisadi inkişafına və hər bir uğuruna sevindiklərini dilə gətirən nazir Faruk Çelik iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, mövcud əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti