...

Bu gün Azərbaycanda Ramazan ayının ilk günü qeyd olunur (CƏDVƏL)

Cəmiyyət Materials 21 İyul 2012 00:01 (UTC +04:00)
Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb.
Bu gün Azərbaycanda Ramazan ayının ilk günü qeyd olunur (CƏDVƏL)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Cəfərov/

Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədləRamazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1 000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdir, sülhdür" (97:1-5).

Ramazan müsəlmanın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yemək, içmək, cinsi əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir. İlin bir ayında oruc tutmaqla müsəlman cismani ehtiyacların hökmranlığından azad olur və mənəvi-ruhi cəhətdən təkmilləşmək imkanı əldə edir. Beləliklə, orucluq insanın mənəvi-ruhi dəyərləri daha dərindən mənimsəməsinə şərait yaradır.

Ramazanda hamı eyni vaxtda oruc tutur, birlikdə namaz qılır və bununla, insanların Allah qarşısında bərabərliyi bir daha təsdiqlənir.
Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur".

Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Orucluq Bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunur.

2012-ci il üçün Ramazan təqvimi - Bakı

Hicri tarixi 1433

Miladi tarixi 2012

Sübh

Gün Çıxma

Zöhr

Əsr

Axşam

İşa

1 Ramazan

21 İyul 2012

05:02

06:27

13:50

18:26

21:21

23:01

2 Ramazan

22 İyul 2012

05:03

06:28

13:50

18:25

21:21

23:00

3 Ramazan

23 İyul 2012

05:05

06:29

13:50

18:25

21:20

22:58

4 Ramazan

24 İyul 2012

05:06

06:30

13:51

18:25

21:19

22:57

5 Ramazan

25 İyul 2012

05:07

06:31

13:51

18:24

21:18

22:56

6 Ramazan

26 İyul 2012

05:08

06:32

13:51

18:24

21:17

22:54

7 Ramazan

27 İyul 2012

05:09

06:33

13:51

18:23

21:16

22:53

8 Ramazan

28 İyul 2012

05:11

06:34

13:51

18:23

21:15

22:51

9 Ramazan

29 İyul 2012

05:12

06:34

13:51

18:23

21:14

22:50

10 Ramazan

30 İyul 2012

05:13

06:35

13:50

18:22

21:13

22:48

11 Ramazan

31 İyul 2012

05:15

06:36

13:50

18:22

21:12

22:47

12 Ramazan

01 Avqust 2012

05:16

06:37

13:50

18:21

21:11

22:45

13 Ramazan

02 Avqust 2012

05:17

06:38

13:50

18:21

21:10

22:44

14 Ramazan

03 Avqust 2012

05:18

06:39

13:50

18:20

21:09

22:42

15 Ramazan

04 Avqust 2012

05:20

06:40

13:50

18:20

21:08

22:40

16 Ramazan

05 Avqust 2012

05:21

06:41

13:50

18:19

21:06

22:39

17 Ramazan

06 Avqust 2012

05:22

06:42

13:50

18:18

21:05

22:37

18 Ramazan

07 Avqust 2012

05:23

06:43

13:50

18:18

21:04

22:35

19 Ramazan

08 Avqust 2012

05:25

06:44

13:50

18:17

21:03

22:34

20 Ramazan

09 Avqust 2012

05:26

06:45

13:50

18:16

21:01

22:32

21 Ramazan

10 Avqust 2012

05:27

06:46

13:49

18:16

21:00

22:30

22 Ramazan

11 Avqust 2012

05:29

06:47

13:49

18:15

20:59

22:28

23 Ramazan

12 Avqust 2012

05:30

06:48

13:49

18:14

20:58

22:27

24 Ramazan

13 Avqust 2012

05:31

06:49

13:49

18:14

20:56

22:25

25 Ramazan

14 Avqust 2012

05:32

06:50

13:49

18:13

20:55

22:23

26 Ramazan

15 Avqust 2012

05:34

06:51

13:49

18:12

20:53

22:21

27 Ramazan

16 Avqust 2012

05:35

06:52

13:49

18:11

20:52

22:20

28 Ramazan

17 Avqust 2012

05:36

06:53

13:48

18:10

20:51

22:18

29 Ramazan

18 Avqust 2012

05:38

06:54

13:48

18:09

20:49

22:18

30 Ramazan

19 Avqust 2012

05:39

06:55

13:48

18:09

20:48

22:14

Xəbər lenti

Xəbər lenti