Azərbaycan, Bakı, 25 iyul / Trend müxbir K.Zərbalıyeva/
Ötən gün Bakıda 5 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qeydə alınan qida zəhərlənmələrindən 2-si qarpızdan, 3-ü isə qarışıq qidadan baş verib.
Stansiyadan bildirilib ki, həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Stansiyadan bildirilib ki, əhali qidanın saxlanma qaydalarına düzgün riayət etmədiyi üçün belə hallar baş verir.