Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/
İlkin məlumatlara görə, Azərbaycanda ali məktəblərə bu gün keçirilən IV ixtisas qrupunun imtahanları zamanı qayda pozuntularına yol verən 20 abituriyent imtahandan xaric olunub.
Bu barədə Trend-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər.
İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.
Nağızadə deyib ki, bu gün 20:00-dan sonra bölmələr və variantlar üzrə imtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.