...

Bakı-Zabrat yolunun tam istifadəyə veriləcəyi vaxt açıqlandı

Cəmiyyət Materials 16 Avqust 2012 13:18 (UTC +04:00)
Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan 6,5 kilometrlik hissəsində aparılan əsaslı təmir işləri avqustun sonuna qədər tamamilə yekunlaşacaq.
Bakı-Zabrat yolunun tam istifadəyə veriləcəyi vaxt açıqlandı

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan 6,5 kilometrlik hissəsində aparılan əsaslı təmir işləri avqustun sonuna qədər tamamilə yekunlaşacaq.

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, 5,5 kilometrlik hissədə yol açıqdır və xətlənməyə qədər bütün işlər yekunlaşıb.

"Hazırda yolun 600 metrlik məsafəsində hazırlıq işləri gedir, orada səkilər, kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir, quyulara baxış qapaqları qoyulur. Avqustun sonuna qədər işlər tamamilə yekunlaşacaq", - Mürsəliyev deyib.

O həmçinin qeyd edib ki, bəzi mətbuat orqanları guya orada ticarət mərkəzi tikilməsi barədə məlumat yayıb.

"Bunlar hamısı heç bir fakta söykənməyən yanlış və əssasız məlumatlardır. Orada tikinti xəttinə düşən bəzi yaşayış və qeyri-yaşayış sahələri insanlarla razılaşdırma yolu ilə sökülüb. Orada sakinlər üçün heç bir maneə yaradılmayıb və yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə bazar dəyərinə uyğun kompensasiya ödənilib. Söküntüyə səbəb ancaq yolun genişləndirilməsidir. Hər kəs bunu gedib yerində müşahidə edə bilər", - Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hər kəs yüksək səviyyədə həyata keçirilən işin nəticəsini görəcək.

Xəbər lenti

Xəbər lenti