...

Sabahdan Azərbaycanda hava şəraiti nisbətən sabitləşəcək

Cəmiyyət Materials 11 Sentyabr 2012 12:39 (UTC +04:00)
Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir.
Sabahdan Azərbaycanda hava şəraiti nisbətən sabitləşəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti