...

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda 10 yeni körpü tikiləcək (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2012 12:55 (UTC +04:00)
Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində yeni istiqamət üzrə 1b texniki dərəcəli yolun tikintisi davam etdirilir.
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda 10 yeni körpü tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində yeni istiqamət üzrə 1b texniki dərəcəli yolun tikintisi davam etdirilir.

Trend-in Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunluğu 60 km, eni 28 m nəzərdə tutulan layihə çərçivəsində 7 müxtəlif səviyyəli yol ötürücüsü, 10 körpü, müxtəlif diametrlərdə suötürücü borular, yükötürücü qurğular, yol və heyvan keçidləri olacaqdır. 4 hərəkət zolağı üçün nəzərdə tutulan magistral boyu artıq torpaq işlərinin 60 faizi yerinə yetirilib, 169 dairəvi, 22 düzbucaqlı en kəsikli, 21 xidməti (kommunikasiya xətlərinin keçirilməsi üçün) boru tikilib.

Xəbər lenti

Xəbər lenti