...

Azərbaycanda yaxın iki gün ərzində hava nisbətən sabit, yağmursuz olacaq

Cəmiyyət Materials 14 Sentyabr 2012 12:55 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda yaxın iki gün ərzində hava nisbətən sabit, yağmursuz olacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, temperatur 2-3 dərəcə yüksələcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti