...

Azərbaycanlı zəvvar İraqda vəfat edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Oktyabr 2012 11:48 (UTC +04:00)
Ahıl yaşlı azərbaycanlı zəvvar Əsgərova Sura Malik Əhməd qızı İraqın Kərbəla şəhərində vəfat edib. Bu barədə çərşənbə günü Trend-ə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Azərbaycanlı zəvvar İraqda vəfat edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir A.Tağıyeva /

Ahıl yaşlı azərbaycanlı zəvvar Əsgərova Sura Malik Əhməd qızı İraqın Kərbəla şəhərində vəfat edib. Bu barədə çərşənbə günü Trend-ə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına görə, 75 yaşlı zəvvarın ürək tutmasından öldüyü ehtimal edilir. Onunla birlikdə Kərbəlaya gedən azərbaycanlı zəvvarlar Əsgərovanı İraq hakimiyyətindən müvafiq razılıq alınmadan Cassan şəhərində dəfn ediblər.

Zəvvar qrupu İraqdan çıxarkən insidentin araşdırılması üçün saxlanılıb. İraqın Azərbaycandakı səfirliyinin müdaxiləsindən və şəxsən səfir Heydər əl-Bərrakın İraqın sərhəd polisinin rəisi ilə əlaqə saxlamasından sonra zəvvarlar İraqı tərk edərək İran ərazisinə keçiblər.

Zəvvarların Kərbəlaya səfərini Azərbaycanda nümayəndəliyi olan İraqın "Əsgər" turizm şirkəti təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti