...

Təhsil Nazirliyi orta məktəblərin akkreditasiyasına başlayır

Cəmiyyət Materials 19 Oktyabr 2012 17:16 (UTC +04:00)
Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev cümə günü Trend-ə deyib ki, hazırda hazırlıq işləri aparılır. Bu proses ilk olaraq Fizika-riyaziyyat və informatika təmayüllü liseydə həyata keçiriləcək.
Təhsil Nazirliyi orta məktəblərin akkreditasiyasına başlayır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi oktyabrın sonundan orta məktəblərin akkreditasiyasına başlayır.

Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev cümə günü Trend-ə deyib ki, hazırda hazırlıq işləri aparılır. Bu proses ilk olaraq Fizika-riyaziyyat və informatika təmayüllü liseydə həyata keçiriləcək.

Noyabrda Göyçay rayon 7 nömrəli, Salyan rayon 1 nömrəli, dekabrda Bakı şəhər 5 nömrəli tam orta məktəblər, dekabrda Kimya-biologiya təmayüllü lisey, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya, gələn ilin yanvarında S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, fevralda Bakı şəhər 53 nömrəli tam orta məktəb, martda Cəlilabad rayon 1 nömrəli tam orta məktəb, apreldə Xaçmaz şəhər akademik Z.Əliyeva adına 8 nömrəli məktəb-lisey, İsmayıllıdakı İsmayıllı kənd tam orta məktəbi akkreditasiyadan keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi orta məktəblərin akkreditasiyasına ötən tədris ilindən başlayıb.

Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti