...

"Rossiyskaya qazeta": İştirakçıların heyətinə görə Bakı Beynəlxalq Humanitar Forumuna ən yüksək səviyyəli tədbir təşkilatçıları həsəd apara bilər

Cəmiyyət Materials 20 Oktyabr 2012 11:10 (UTC +04:00)
Qonaqların və iştirakçıların heyətinə görə Azərbaycanda yüksək səviyyədə keçirilən Bakı Beynəlxalq Humanitar Forumuna istənilən dövlətin ən yüksəksəviyyəli tədbir təşkilatçıları həsəd apara bilər
"Rossiyskaya qazeta": İştirakçıların heyətinə görə Bakı Beynəlxalq Humanitar Forumuna ən yüksək səviyyəli tədbir təşkilatçıları həsəd apara bilər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Qonaqların və iştirakçıların heyətinə görə Azərbaycanda yüksək səviyyədə keçirilən Bakı Beynəlxalq Humanitar Forumuna istənilən dövlətin ən yüksəksəviyyəli tədbir təşkilatçıları həsəd apara bilər. Trend-in məlumatına görə, bu barədə "Rossiyskaya qazeta" qəzetində bu ay Azərbaycanda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumu barədə dərc edilən məqalədə qeyd olunub.

Məqalə müəllifi vurğulayıb ki, 11 Nobel mükafatçısı, 10 sabiq dövlət başçısı, 70 ölkədən 700-ə yaxın nüfuzlu beynəlxalq təşkilatın nümayəndələri, dünyanın adllı-sanlı professorları, siyasət və mədəniyyət xadimlərini mövzusundan asılı olmayaraq hər tədbirdə toplamaq mümkün deyil.

Qeyd olunub ki, Forum çərçivəsində "İqtisadi inkişafın humanitar aspektləri", "Konvergent texnologiyalar və gələcəyin konturları", "Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi", "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar", "Müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya", "Multikulturalizm və mədəni özünüdərk", "Cəmiyyətin həyatında multikulturalizm" mövzularında təşkil olunmuş "dəyirmi masa"lardakı mühazirələr geniş əks-səda doğurub.

Qəzet Forumda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Şvıdkoyun və Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Ramil Qarifullinin çıxışlarından bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti