Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə hakimiyyəti Qurban bayramı ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir. Bu barədə Trend çərşənbə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, bayramla əlaqədar bütün dövlət strukturlarında, həmçinin yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək, polis patrullarının sayı artırılacaq.
Qurban bayramı bu il Türkiyədə oktyabrın 25-26-da qeyd edilir.