...

Oruc Zalov: Jurnalistlər özlərinin peşə kodekslərinə hörmətlə yanaşmalıdırlar

Cəmiyyət Materials 10 Noyabr 2012 11:00 (UTC +04:00)
Azərbaycanda bəzi özünü müstəqil təqdim edən, amma qərəzli siyasi təşkilatların sifarişi ilə işləyən dırnaqarası KİV orqanları var ki, onlar Daxili İşlər Nazirliyinin strukturuna daxil olan əməkdaşların fəaliyyəti barədə dezinformasiya yayırlar.
Oruc Zalov: Jurnalistlər özlərinin peşə kodekslərinə hörmətlə yanaşmalıdırlar

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bəzi özünü müstəqil təqdim edən, amma qərəzli siyasi təşkilatların sifarişi ilə işləyən dırnaqarası KİV orqanları var ki, onlar Daxili İşlər Nazirliyinin strukturuna daxil olan əməkdaşların fəaliyyəti barədə dezinformasiya yayırlar.

Trend-in məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov şənbə günü "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda bildirib.

O qeyd edib ki, həmin dırnaqarası KİV-lər "KİV haqqında" qanunun 10-cu maddəsinə zidd olaraq, polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir edirlər.

"Eyni zamanda, həmin qanunun 44 və 45-ci maddələrinə zidd olaraq, təkzib verməkdən də imtina edirlər", - nazir müavini deyib.

DİN rəsmisi bildirib ki, jurnalist və polislərin əməkdaşlığı barədə reallıqlardan yüksək şəkildə yazan kifayət qədər mətbuat orqanı var. Zalovun sözlərinə görə, nazirlik jurnalist və polislərin əməkdaşlığı ilə bağlı Bakıda və regionlarda mütəmadi toplantılar keçirir.

Bu yaxınlarda belə tədbirlər Qubada və Şəkidə keçirilib, yaxın zamanlarda isə Lənkəran və Gəncədə də keçirilməsi nəzərdə tutulur.

Zalov jurnalistlərə müraciət edərək daim özlərinin peşə kodekslərinə hörmətlə yanaşmalarını tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti