...

Azərbaycanda təhsil sahəsində yeni elektron xidmət tətbiq ediləcək

Cəmiyyət Materials 14 Noyabr 2012 12:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni elektron xidmət tətbiq etməyə hazırlaşır.
Azərbaycanda təhsil sahəsində yeni elektron xidmət tətbiq ediləcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yeni elektron xidmət tətbiq etməyə hazırlaşır.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev çərşənbə günü Trend-ə deyib ki, akkreditasiyadan keçəcək təhsil müəssisələrinin sənədlərini nazirliyə elektron yolla təqdim etməsi nəzərdə tutulur.

Şöbə müdirinin sözlərinə görə, hazırda bu layihənin tətbiqi istiqamətində işlər aparılır.

Zərbəliyev bu layihənin həyata keçirilməsinin texniki məsələlərdən çox asılı olduğunu deyib.

O, bu səbəbdən yeni elektron xidmətin tətbiqi vaxtını dəqiq açıqlaya bilməyib.

Hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələri akkreditasiyadan keçirilir. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti