...

Azərbaycan nümayəndə heyəti Tacikistanın Xocənd şəhərinə səfər edəcək

Cəmiyyət Materials 14 Noyabr 2012 14:09 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərindən olan nümayəndə heyəti noyabrın 16-dək Tacikistanın Soqdi vilayətinin inzibati mərkəzi olan Xocənd şəhərinə səfər etməlidir.
Azərbaycan nümayəndə heyəti Tacikistanın Xocənd şəhərinə səfər edəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycanın Gəncə şəhərindən olan nümayəndə heyəti noyabrın 16-dək Tacikistanın Soqdi vilayətinin inzibati mərkəzi olan Xocənd şəhərinə səfər etməlidir. Bu barədə çərşənbə günü Trend "Avesta" agentliyinə istinadən məlumat verir.

Xocənd şəhərinin meri Rəcəbboy Kərimov bildirib ki, azərbaycanlı qonaqları cavab səfəri çərçivəsində gözləyirlər.

"Payızın əvvəlində Xocənd və Gəncə şəhərləri qardaşlaşıblar. Bu barədə saziş Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş beynəlxalq konfrans zamanı imzalanıb", - mer xatırladıb.

Həmin görüş çərçivəsində Xocənd və Gəncə şəhərlərinin merləri Rəcəbboy Kərimov və Elmar Vəliyev ticari-iqtisadi, elmi-texniki və mədəni sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar.

Kərimovun sözlərinə görə, qardaşlaşmış şəhərlər haqqında sazişin imzalanması regionlararası münasibətlərin, ümumilikdə iki ölkənin təsərrüfat subyektləri arasında qarşılıqlı əlaqələrin və iqtisadi imkanlardan istifadənin inkişafına yardım edəcək.

"Əgər qonaqlar gec gəlsələr, onlar Tacikistan Ali Şurasının 16-cı sessiyasının 20 illiyinə həsr edilmiş yubiley mərasimində iştirak edəcəklər. Mərasim noyabrın 19-da Xocənddə keçiriləcək", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti