...

Şərqi Azərbaycan əyalətinin zəlzələ bölgəsində qar (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 17:56 (UTC +04:00)
İranın Şərqi Azərbaycan əyalətinin zəlzələ baş vermiş bölgəsində (Vərzəgan və Əhər şəhərlərində) qar yağıb.
Şərqi Azərbaycan əyalətinin zəlzələ bölgəsində qar (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

İranın Şərqi Azərbaycan əyalətinin zəlzələ baş vermiş bölgəsində (Vərzəgan və Əhər şəhərlərində) qar yağıb. İran hökuməti bu şəhərlərdə tikinti işlərini sürətləndirsə də, hələ də əhalinin çoxu çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələ baş verib. Sonuncu belə zəlzələ noyabrın 7-də Vərzagan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş verib. Zəlzələ nəticəsində 50 nəfər xəsarət alıb. Onların əksəriyyəti məktəblilər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti