...

Prokurorluq orqanlarında vakant yerlərə qəbul üçün yazılı imtahan keçirilib

Cəmiyyət Materials 16 Noyabr 2012 16:52 (UTC +04:00)
Bu gün prokurorluq orqanlarında vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun yazılı imtahan mərhələsi keçirilib.
Prokurorluq orqanlarında vakant yerlərə qəbul üçün yazılı imtahan keçirilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün prokurorluq orqanlarında vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il mayın 31-də prokurorluq orqanlarına işə qəbulla əlaqədar vakant olan 100 ştat vahidi üzrə elan edilmiş növbəti 11-ci müsabiqənin şərtlərinə cavab verən 461 namizədin (54-ü qızdır) sənədləri qəbul edilib və həmin namizədlər müsabiqənin ilkin test imtahanı mərhələsinə buraxılıb.

Onlardan test imtahanında 442 nəfər iştirak edib və 90 nəfər müvəffəqiyyət qazanaraq, növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə edib. Yazılı imtahan namizədlərin müvafiq qanun və digər normativ hüquqi aktları tətbiq etmək qabiliyyətinin müəyyən olunması məqsədini daşıyır.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı 30-a yaxın hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

Yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra ümumi nəticə Baş Prokurorluğun internet saytında yerləşdiriləcək.

Müsabiqənin növbəti mərhələsi olan müsahibənin keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti