...

Fikrət Məmmədov: Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır

Cəmiyyət Materials 22 Noyabr 2012 09:35 (UTC +04:00)
Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetində dərc olunmuş yazısında ədliyyə naziri Fikrət Məmmədov deyib
Fikrət Məmmədov: Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetində dərc olunmuş yazısında ədliyyə naziri Fikrət Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, bu ilin 10 ayı ərzində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində bilavasitə nazirlik tərəfindən 629 normativ hüquqi aktın layihəsi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur.

"İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 1700-dən çox akt hüquqi ekspertizadan keçirilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə 1500-dən çox normativ akt daxil edilmişdir. Həmçinin əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytları daha da zənginləşdirilmiş, bu il reyestrin Naxçıvan Muxtar Respublikası üzrə elektron variantı - huquqiaktlar.nakhchivan.az saytı yaradılaraq fəaliyyətə başlamışdır" Məmmədov deyib.

Ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri hüquqi maarifləndirmə məqsədi ilə mətbuat, televiziya və radioda 485 çıxış etmişlər. Şəffaflığın gələcək inkişafın əsas amillərindən olduğu üçün ədliyyə fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirilərək nazirliyin 7 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti, KİV-lə əlaqələrimizi əks etdirən illik toplular dərc olunur. Əhaliyə, xüsusilə, aztəminatlı təbəqələrə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə nazirliyin 7 regional hüquq xidməti mərkəzi fəaliyyət göstərir.

Elektron ədliyyənin, habelə "Qaynar xətt"in telefon və elektron bölməsinin səmərəli tətbiqi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi nəticəsində nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin sayı 20 faizədək azalmışdır.

Qeyd edək ki, noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti