...

Şabrandakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində nöqsanlar aşkar edilib

Cəmiyyət Materials 27 Noyabr 2012 11:22 (UTC +04:00)
Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri və Şabrandakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi standartlara cavab vermir
Şabrandakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində nöqsanlar aşkar edilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri və Şabrandakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi standartlara cavab vermir, bu müəssisələrdə sənədləşdirmə ilə bağlı nöqsanlar müəyyən edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Quba, Qusar, Xaçmaz rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xaçmazda yerləşən 1 saylı, Şabrandakı 3 saylı, habelə Qubadakı 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib. Həmin nöqsanlar da başçəkmələr zamanı aşkar olunub.

Ombudsman başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər və Ədliyyə nazirliklərinə məktubla müraciət edib.

Başçəkmə zamanı qəbul olunmuş şəxslər rəftar və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Quba, Qusar rayon polis şöbələrinin müvəqqəti saxlanma yerləri, təmir işləri davam etdirilən 1 və 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisələri standartlara cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti