...

Azərbaycanda uşaq hüquqlarının qorunması üçün yeni metod

Cəmiyyət Materials 27 Noyabr 2012 11:37 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev Trend-ə bildirib ki, bankın yaradılması ilə bağlı sənəd layihəsi Komitə tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub
Azərbaycanda uşaq hüquqlarının qorunması üçün yeni metod

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev Trend-ə bildirib ki, bankın yaradılması ilə bağlı sənəd layihəsi Komitə tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Sənədin qəbul edilmə ərəfəsində olduğunu deyən Əliyev qeyd edib ki, məlumat bankında bütün ölkə uşaqları haqqında fərdi məlumatlar toplanacaq.

Bankdakı məlumatlar müvafiq nazirlik, komitə və idarələrin uşaqlarla bağlı verdiyi məlumatlar əsasında hazırlancaq.

"Məsələn, Səhiyyə Nazirliyi doğulan, müalicə alan uşaqlar barədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın sosial vəziyyəti, ailəsinin ünvanlı sosial yardım alıb-almaması barədə, Təhsil Nazirliyi uşaqların təhsil vəziyyəti və s. barədə məlumatları banka yerləşdirəcək. Bu məlumatlar əsasında ölkədəki uşaqların ümumi vəziyyəti barədə məlumat formalaşacaq", - Komitə rəsmisi deyib.

Onun sözlərinə görə, məlumat bazası əsasında uşaqlarla bağlı istənilən sahədə statistik məlumatı əldə etmək mümkün olacaq.

"Məsələn, bu bankın köməyi ilə ölkədə sağlamlıq imkanı məhdud olan neçə uşağın təhsil almadığı barədə məlumat almaq mümkün olacaq. Həmin uşaqların sayı ilə bərabər, təhsil almayan sağlamlıq imkanları məhdud olan uşaqlar barədə fərdi məlumatları öyrənmək də mümkün olacaq. Yaxud hansı regionda neçə uşaq idman dərnəklərinə dərc olunması, xüsusi bacarıqlı, istedadlı uşaqların statistikası və həmin uşaqlar barədə məlumatları da bank vasitəsilə ala biləcəyk", - Əliyev deyib.

Onun sözlərinə görə, bu məlumatlar uşaqlarla bağlı problemləri də aşkar etməyə imkan verəcək.

Komitə əməkdaşı bildirib ki, sənəd qəbul olunandan sonra sistemin işləməsi üçün proqram təminatı hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti