...

“Zəfəran” apteklər şəbəkəsi Azərbaycanda coğrafiyasını genişləndirir

Cəmiyyət Materials 28 Noyabr 2012 13:28 (UTC +04:00)
“Zəfəran” apteklər şəbəkəsinin daha bir apteki Qazax rayonunda və Xırdalan şəhərində açılmışdır.
“Zəfəran” apteklər şəbəkəsi Azərbaycanda coğrafiyasını genişləndirir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"Zəfəran" apteklər şəbəkəsinin daha bir apteki Qazax rayonunda və Xırdalan şəhərində açılmışdır. Yeni apteklər mərkəzi küçələrin birində yerləşir və sayca üçünçü (Qazax) və ikinci (Xırdalan) Zəfəran apteki sayılır.

Aptekdə gözəllik və sağlamlıq üçün məhsulların, dərman preparatlarının, bioloji aktiv əlavələrin, gigiyena vasitələrinin və s. geniş çeşidi təklif olunur.

Aptek şəbəkəsi barədə http://zeferanaptek.az saytında və ya şirkətin sosial şəbəkəsindəki http://www.facebook.com/zeferanaptek rəsmi səhifəsində daha ətraflı məlumat almaq olar.

"Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın regionlarında apteklərin sayını aktiv surətdə genişləndir.

Xatırladaq ki, "Zəfəran" 2008-ci il dekabr ayında əsası qoyulmuş Bakı şəhəri və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir.

Hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində fəaliyyət göstərir və buraya dünyanın aparıcı ölkələrindən gətirilən eksklüziv dərman vasitələrinin geniş çeşidini təklif edən 60-a yaxın aptek daxildir.

"Zəfəran" apteklər şəbəkəsi yalnız sertifikatlaşmış əczaçılıq məhsulları və yoxlanılmış və etibarlı təchizatçılarla işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti