...

Bakıda sürüşmə sahəsindəki yol açılmayıb

Cəmiyyət Materials 3 Dekabr 2012 12:47 (UTC +04:00)
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolu bağlıdır və bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırlıb.
Bakıda sürüşmə sahəsindəki yol açılmayıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolu bağlıdır və bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırlıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yol hadisə baş verən vaxtdan bağlıdır.

Onun sözlərinə görə, sürücülər bu istiqamətdə alternativ yollardan -Mikayıl Müşfiq küçəsi, 3-cü kənar Dairəvi yol və Azneft dairəsindən istifadə etməlidir.

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun sağ tərəfində - "Bəyoğlu" restoranın qarşısındakı ərazidə dekabrın 1-də sürüşmə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti