...

Azərbaycanda uşaq müəssisələrində yaşayan valideynsiz uşaqların təhsil haqları dövlət tərəfindən ödənilə bilər

Cəmiyyət Materials 20 Dekabr 2012 11:57 (UTC +04:00)
Azərbaycanda uşaq müəssisələrində yaşayan, valideynləri olmayan uşaqlar ali məktəbə daxil olarkən onların təhsil haqları dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər.
Azərbaycanda uşaq müəssisələrində yaşayan valideynsiz uşaqların təhsil haqları dövlət tərəfindən ödənilə bilər

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda uşaq müəssisələrində yaşayan, valideynləri olmayan uşaqlar ali məktəbə daxil olarkən onların təhsil haqları dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli cümə axşamı "Azərbaycan Respublikasında dövlət uşaq müəssislərindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən hesabat konfransında cıxışı zamanı bildirib ki, hazırda komitədə bununla bağlı hazır qanun layihəsi var.

"Uşaq müəssisələrindən çıxan və ali məktəblərə daxil olan uşaqların təhsil haqqının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilməsi ilə bağlı hazır layihəmiz var. Ötən il biz onu müzakirə etdik. Burada biz birmənalı olaraq vurğulayırıq ki, bu imkan valideynləri olmayan uşaqlar üçün nəzərdə tutulur", - Rəcəbli deyib.

O qeyd edib ki, belə uşaqların sayı elə də çox deyil.

Komitə sədri bu fikirdədir ki, dövlət uşaq müəssisələrində yaşayan, valideyni olmayan və ali məktəbə daxil olan uşaqların təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinə nail olunacaq.

Rəcəbli artıq Qarabağ əlilləri və şəhid ailələrinin uşaqları üçün belə bir güzəştin verildiyini vurğulayıb. Onun sözlərinə görə, artıq qanunvericiliyə dəyişiklik etməklə dövlət uşaq müəssisələrində yaşayan və ali, orta ixtisas təhsili müəssisəsinə daxil olan uşaqlara 23 yaşına kimi uşaq evlərində qalma hüququ verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti