...

"Azərikimya" rəhbərliyi Sumqayıtın Tarixi muzeyinin əməkdaşları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2012 18:26 (UTC +04:00)
45 il əvvəl – 1967-ci ildə yaradılmış Sumqayıtın Tarixi muzeyi bu şəhərin ötən əsrlərdən başlayaraq bu günümüzədək olan dövrünü, onun yeni və müasir bir sənaye şəhəri kimi inkişafını əks etdirən maddi-mənəvi bir xəzinə olmaqla özündə Sumqayıtın zəngin salnaməsini yaşadır.
"Azərikimya" rəhbərliyi Sumqayıtın Tarixi muzeyinin əməkdaşları ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

45 il əvvəl - 1967-ci ildə yaradılmış Sumqayıtın Tarixi muzeyi bu şəhərin ötən əsrlərdən başlayaraq bu günümüzədək olan dövrünü, onun yeni və müasir bir sənaye şəhəri kimi inkişafını əks etdirən maddi-mənəvi bir xəzinə olmaqla özündə Sumqayıtın zəngin salnaməsini yaşadır. Muzeyin salonlarında toplanmış 15 mindən artıq qiymətli eksponat - Sumqayıtın müxtəlif dövrlərini əks etdirən fotostendlər, müxtəlif sənədlər yalnız sumqayıtlılarda deyil, müxtəlif ölkələrdən bu şəhərə gələn qonaqlarda və turistlərdə də böyük maraq doğurur. Hələ ötən əsrlərdə Azərbaycana səfər etmiş səyyahlar, tarixçi və yazıçılar, o cümlədən dahi Fransa yazıçısı və tarixçisi Aleksandr Düma öz əsərlərində Sumqayıtla bağlı maraqlı məlumatlar veriblər.

Yeni il ərəfəsində muzeyin əməkdaşları ilə görüşə gəlmiş "Azərikimya" İstehsalat Birliyinin nümayəndələri muzeyin yaranma tarixçəsi, onun ekspozisiyaları haqqında geniş məlumat alıb və burada Sumqayıtın neft-kimya sənayesinin inkişaf tarixini, bu sahədə uzun illər fədakarlıqla çalışmış kimyaçıların əmək yolu ilə bağlı foto-şəkillər və sənədlərlə tanış olublar.

Sumqayıtın Tarixi muzeyinin 45 illiyi münasibətilə kollektivi təbrik edən "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Birliyin son illərdəki fəaliyyətini, istehsalat və sosial inkişafını əks etdirən, xüsusi olaraq hazırlanmış albomu muzeyin yeni eksponatlarından biri kimi muzey rəhbərliyinə təqdim edib.

Görüş zamanı "Azərikimya" İstehsalat Birliyində son illər baş verən pozitiv dəyişiklikləri əks etdirən slayd-şou nümayiş etdirilib. Videoçarx muzeyə hədiyyə edilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova "Azərikimya" İstehsalat Birliyi kollektivinin muzeylə daimi əlaqə saxladığına, kimyaçıların və şəhər məktəblilərinin muzeyə vaxtaşırı ekskursiyalarının təşkil olunduğuna, bütövlükdə muzeyə və onun kollektivinə göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşün sonunda kimyaçılar muzey əməkdaşları ilə birgə xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti