...

Azərbaycanın ucqar rayonlarının sahibkarlarına vergi güzəştləri edilməsi təklif olunur

Cəmiyyət Materials 28 Dekabr 2012 12:36 (UTC +04:00)
Azərbaycanın ucqar rayonlarının sahibkarları üçün vergi güzəştləri tətbiq olunmalıdır.
Azərbaycanın ucqar rayonlarının sahibkarlarına vergi güzəştləri edilməsi təklif olunur

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ucqar rayonlarının sahibkarları üçün vergi güzəştləri tətbiq olunmalıdır. Trend-in məlumatına görə, bu təkliflər Milli Məclisin cümə günü keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

"Biz isə əksinə, Bakıda yaradılanlara güzəşt edirik. Regionlarda fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri tətbiq olunmalıdır. Rayonlarda yeni yaradılan istehsal-emal
müəssisələri üçün vergi güzəştləri tətbiq olunmalı, sahibkarlara güzəştli kreditlər verilməlidir. Bakının yükünü azaltmaq lazımdır. Yollarda vəziyyət ağırdır. Saatlarla yollarda tıxacda qalırıq", - Həsənquliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti