...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq

Cəmiyyət Materials 28 Yanvar 2013 10:53 (UTC +04:00)
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şərq küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 28-29 yanvarda Bakıxanov qəsəbəsinin H. Cavid, İ. Krılov, A. Bakıxanov, T. Mustafayev, Q. Qarayev, Ə. Anaplı küçələrinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti