...

Bakı sakinləri üçün yaxın iki günün hava müjdəsi

Cəmiyyət Materials 30 Yanvar 2013 12:13 (UTC +04:00)
Azərbaycan ərazisində yaxın iki gündə hava şəraiti buludlu və qismən yağıntılı keçəcək.
Bakı sakinləri üçün yaxın iki günün hava müjdəsi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində yaxın iki gündə hava şəraiti buludlu və qismən yağıntılı keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-i və fevralın 1-i buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayiş şimal-şərq küləyi əsəcək. Gecə 0-3 dərəcə isti, gündüz isə 3-7 dərəcə isti proqnozlaşdırılır.

Yaxın iki gündə Azərbaycanın bölgələrində yağış yağacaq, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Mərkəzi Aran rayonlarında gecə mənfi 2 dərəcədən müsbət 2 dərəcəyədək, gündüz isə 2-7 dərəcə isti olacaq, dağlarda 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti