...

Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya və Sinqapura səfər edib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2013 13:35 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Asiyanın aparıcı universitetləri ilə Azərbaycan Diplomatik Akademiyası arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə Koreya Respublikası və Sinqapura bir həftəlik səfər edib.
Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya və Sinqapura səfər edib (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Asiyanın aparıcı universitetləri ilə Azərbaycan Diplomatik Akademiyası arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə Koreya Respublikası və Sinqapura bir həftəlik səfər edib.

ADA-nın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti tərkibində olan ADA prorektoru Fariz Ismailzadə, ADA İctimai və Beynəlxalq Münasibətlər məktəbinin dekanı Anar Vəliyev, ADA Humanitar və Dəqiq Elmlər məktəbinin dekanı Vəfa Kazdal və Akademiyanın müşaviri Lu Qudman səfər proqramını Koreyanın paytaxtı Seulda yerləşən Xarici Araşdırmalar üzrə Hankuk Universitetində başlayıblar.

Qeyd edək ki, ötən ilin oktyabrında ADA ilə Hankuk Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, hər iki ali təhsil ocağı gələcəkdə birgə təlim və tədris proqramlarını həyata keçirmək üçün qarşılıqlı fəaliyyət qurmaq haqda razılığa gəlib.

ADA nümayəndə heyəti həmçinin Koreya Universiteti, Koreya Milli Diplomatik Akademiyası və Yonsey Universitetlərində görüşlər keçirmiş, müzakirələr aparıb.

Sinqapurda isə ADA nümayəndə heyəti Sinqapur Mill Universiteti və Nanyanq Texniki Universitetində olub.

Asiya səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan Diplomatik Akademiyası və tərəfdaş universitetlər arasında bir semestrlik tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi konfransların təşkil edilməsi, Asiyadan ADA-ya tələbə cəlb edilməsi məsələləri müzakirə edilib.

Xatırladaq ki, hazırda Azərbaycan Diplomatik Akademiyasının Beynəlxalq Təqaüd Proqramı üzrə ADA-da 19 müxtəlif ölkəni təmsil edən 22 xarici tələbə təhsil alır.

Keçirilən görüşlərdə ADA magistr pilləsində təhsil alan tələbələrin Koreya və Sinqapurun tədqiqat mərkəzlərində təcrübə keçməsi, Koreya Milli Diplomatik Akademiyası tələbələri üçün ADA İxtisasartırma Proqramları tərəfindən "Xəzər Hövzəsi Araşdırmaları" təlim kurslarının təşkil edilməsi də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti