...

Bioloji təbabət Sizin sağlamlığınızın keşiyində

Cəmiyyət Materials 12 Fevral 2013 12:31 (UTC +04:00)
Ətraf mühitin daim çirklənməsi səbəbindən ümumi toksik şəraitin pisləşdiyi indiki zamanda bioloji təbabət xüsusi aktuallıq kəsb edir.
Bioloji təbabət Sizin sağlamlığınızın keşiyində

Ətraf mühitin daim çirklənməsi səbəbindən ümumi toksik şəraitin pisləşdiyi indiki zamanda bioloji təbabət xüsusi aktuallıq kəsb edir. Bioloji təbabət belə bir prinsipə əsaslanır - istənilən xəstəlik toksinlərin, virusların, bakteriyalanın orqanizmdan çıxarılmasının daha təbii yoludur. Müalicənin vəzifəsi orqanizmə bu mübarizədə kömək göstərmək, onu dəstəkləmək, pozulmuş tarazlıgı bərpa etməkdir, daha onun müdafiə reaksiyalarını zəiflətmək və boğmaq deyil. Elə buna görə də son onilliklərdə bioloji təbabətin populyarlığı yüksəlir və statistik məlumatlara görə, 32% insan bioloji təbabəti daha məqsədyönlü hesab edir, 61% onu adi təbabətdən üstün sayır, 7% isə ondan istifadə etmir.

Bioloji terapevtik yanaşmalar praktik olaraq, təbabətin bütün sahələrində istifadə olunur. Belə demək mümkünsə, nevrologiyadan tutmuş, stomatologiya, ginekologiyaya, pediatriyayadək.

Bioloji təbabət adi insana onun daxili ehtiyatlarından istifadə etməyə, bunları möhkəmləndirməyə, özününizamlama və özünüsağaltma mexanizmlərini işə salmağa və bu zaman heç də ziyansız olmayan kimyəvi dərmanlara üz tutmamağa imkan yaradan açarcıqlar verir. Ağlagəlməzdir - amma faktdır! Bunun təsdiqi onlarla heyrətamiz sagalmalar və yüzlərlə xoşbəxt ömürlərdir.

Bioloji müalicə metodlarına əsaslanan Bioloji təbabət klinikası Bakıda 2009-cu ilin fevralında açılmışdır və məqsəd olaraq, qarşısına nəinki Bakıda, həmçinin bütün Azərbaycanda müalicənin məhz bioloji üsullarının (bütun dünya alimlərinin təqdirini qazanmış) tətbiqini qoymuşdur.

Bioloji təbabət klinikası Azərbaycanda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və bu zaman kimyəvi dərmanlardan, о cumlədən antibiotiklərdən istifadə tam istisna edilir. Bioloji preparatlar xüsusi texnologiya üzrə Almaniyanın əczaçılıq zavodlarında hazırlanır və nəinki kəskin, həm də xroniki xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuşdur. Klinikada fəaliyyat göstərən həkimlər autohemoterapiya, homeosiniatriya, girudoterapiya, manual terapiya, mezoterapiya, biopunktura və əlbəttə ki, iynəbatırma kimi müalicə üsullarından istifadə edirlər. Klinikada müxtəlif ixtisaslı həkimlər çalışırlar ki, bunların sırasına terapevtlər, nevropatoloqlar, pediatrlar, ginekoloqlar, burun-bogaz-qulaq həkimləri, stomatoloqlar, kosmetoloqlar və bir çox başqaları daxildir. Fizioterapiya, funksional diaqnostika şöbələri və laboratoriya qabaqcıl tibbi cihazlarla təchiz olunmuşdur.

Klinikada çalışan həkimlərin əksəriyyəti Almaniyada Beynəlxalq homotoksikologiya kurslarını keçmişlər. Öz ixtisaslarını təkmilləşdirmək məqsədilə həkimlərimiz hər il Almaniyada kurslarda olurlar. Müntəzəm olaraq Almaniyadan mütəxəssislər gələrək, Azərbaycan həkimləri üçün elmi seminar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstələrin qəbulunu həyata keçirirlər.

İşə başladığı ilk gündən "Bioloji təbabət" klinikası yüksəkixtisaslı alman təbibləri və Almaniya əçzaçılıq sənayesinin nümayəndələri ilə əməkdaşlıq edir. Bunlar dünyada kompleks homeopatik preparatların ən böyük istehsalçılarından olan "Biologische Heilmittel Heel GmbH", "Sanum-Kehlbeck" kimi digər alman bioloji əczaçılıq məhsullarının istehsalçıları olan şirkətlər, "Symbio-Pharm" firmasının mikrobioloji terapiya aparılması üçün xroniki xəstəliklərin, allergiya, disbakterioz, mədə-bağırsaq traktının ən müxtəlif xəstəliklərinin müalicəsindən ötrü nəzərdə tutulmuş dərmanları, "Dyckerhoff-Pharma" alman əczaçılıq firmasının orqan preparatları və s.-dir.

"Bioloji təbabət" klinikası Azərbaycanda tibbin uğurlu inkişafı naminə yeni proqram və ideyalar üzərində çalışmalarını davam etdirir. Böyük sürətlə inkişaf edən elmi tərəqqi dövründə biz insanı onun ən böyük varidatı olan sağlamlıgın qorunması probleminin həlli üçün alternativ yüksək səmərəli və zərərsiz vasitələr axtarışını davam etdiririk.

Bioloji Təbabət elminin 6 prinsipi:

1. Primum non nocere - Zərər vermə!

Bioloji Təbabət təhlükəsiz və effektiv müalicə metodlarından istifadə edir

2. Vis medicatrix naturae - Təbiətin müalicə gücü

Hər bir insan orqanizmi özünübərpa qabiliyyəti ilə təchiz edilmişdir. Hər bir həkimin vəzifəsi isə bu özünübərpa proseslərini təbii və zərərsiz müalicə üsulları ilə sürətləndirməkdir.

3. Tolle causam - Mövcud olan simptomları deyil, xəstəliyin səbəbini müəyyən edib, səbəbi müalicə etmək

Həkim xəstəliyi onun simptomlarına əsasən axtarır və müalicə edir. Hər bir simptom orqanizmin öz-özünü müalicə etməyə çalışmasının təzahürüdür. Xəstəlik mənbəyi o zaman aradan qaldırılır ki, orqanizmdə özünübərpa prosesləri fəaliyyət göstərə bilir.

4. Tolle totum - Bütöv orqanizmin müalicəsi

Müalicə zamanı sağlamlıq və xəstəlikfaktorları ilə zəngin olan orqanizm bir bütün olaraq düşünülür. Həkimlər pasiyentin ehtiyacına uyğun olaraq dəyişkən və fərdi müalicə proqramları təklif edir.

5. Docere - Həkim müəllimdir!

Pasiyentin maarifləndirilməsi, motivasiyası və psixoloji cəhətdən möhkəmləndirilməsi hər bir həkimin birinci vəzifəsidir. Yalnız bundan sonra o öz müalicəsini həyata keçirə bilər. Həkimlə pasiyent arasındakı bu əlaqə böyük müalicəvi əhəmiyyət kəsb edir.

6. Profilaktika müalicədən daha yaxşıdır!

Bioloji Təbabətlə məşğul olan həkim profilaktik təbabət üzrə ən yaxşı mütəxəssisdir. Həkim irsi meyilliyi və riskfaktorlarını qiymətləndirərək müvafiq riskazaldan tədbirləri həyata keçirir. Xəstəliklərin profilaktikası dedikdə düzgün həyat tərzinə aparan məsləhət və tədbirlər sistemi başa düşülür.

Artıq BİOLOJİ TƏBABƏT klinikasında

• hormonal asılılıq,
• psoriaz,
• artroz,
• bronxial astma,
• miqren,
• qırmızı qurdeşənəyi,
• trofik yara,
• qeyri-spesifik xoralı kolit,
• uşaqlıq mioması və digər xroniki xəstəliklər uğurla müalicə olunur.

Ünvan:
Bakı şəh., Cavadxan küç.,24 (M.Əcəmi metro stansiyasının yaxınlığında)
• Tel/Fax: (012)(070) (055)(050) 430 89 89

Məqalədə:
Xəbər lenti

Xəbər lenti