...

Azərbaycanda tələbələr daha çox hansı səbəblərə görə akademik məzuniyyət götürürlər?

Cəmiyyət Materials 13 Fevral 2013 12:47 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr akademik məzuniyyəti daha çox həqiqi hərbi xidmətə çağırışla əlaqədar götürürlər.
Azərbaycanda tələbələr daha çox hansı səbəblərə görə akademik məzuniyyət götürürlər?

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr akademik məzuniyyəti daha çox həqiqi hərbi xidmətə çağırışla əlaqədar götürürlər.

Trend-in "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə istinadən verdiyi məlumata görə, son 20 ildə Azərbaycanda 6726 tələbə həqiqi hərbi xidmətə çağırışla əlaqədar akademik məzuniyyət götürüb. Onların 1020 nəfəri bakalavriat, 2253 nəfəri magisratura, 3079 nəfəri tam orta təhsil bazasında, 374 nəfəri isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili alan tələbələr olub.

Akademik məzuniyyətlərin 1329-u xəstəlik və digər səbəblərlə əlaqədar olub. Bu səbəbdən akademik məzuniyyət alan tələbələr sırasında bakalavriat səviyyəsi üzrə təhsil alanlar çoxluq təşkil edib. Belə tələbələrin sayı 716 nəfər olub.

Ötən 20 il ərzində 241 tələbə xaricdə təhsil almaq məqsədilə akademik məzuniyyət alıb. Bu səbəbdən də akademik məzuniyyət alanların çoxu - 185 nəfəri bakalavriat səviyyəsi üzrə təhsil alanlar olub. Ötən müddətdə 40 tələbə təhsil haqqını ödəmək imkanı olmadığı üçün akademik məzuniyyət götürüb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaratdığı "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemi ötən il martın 28-də istifadəyə verilib. Qeyd edilən statistik məlumatlar sistemə təhsil müəssisələri tərəfindən ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti