...

Gəncənin yeraltı yolları bərpa olunacaq

Cəmiyyət Materials 13 Fevral 2013 16:48 (UTC +04:00)
Trend-in Kəpəz TV-yə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində artıq şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanıb. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar artıq toplanıb.
Gəncənin yeraltı yolları bərpa olunacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Gəncədə yeraltı fayton yollarının bərpa edilərək muzey kimi istifadə olunması planlaşdırılır.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində artıq şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanıb. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar artıq toplanıb.

Gəncədə Aran memarlıq üslubunun özəlliyi yeraltı yolların mövcud olmasındadır. Bu tunellər şəhərin üç istiqamətinə apararaq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir.

Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə bildirib ki, bu yollarda muzeyin yaradılması üçün hər bir şərait mövcuddur.

"Hazırda Gəncə Regional Elmi Mərkəzi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yeraltı yollarda tədqiqat işləri aparılır. Əlbəttə, bu işlər Mədəniyyət Nazirliyi və AMEA-nın göstərişi ilə həyata keçirilir. Bu tunellərə lazım olan eksponat və əşyalar toplanılıb. Sadəcə şəhərin hansı hissəsində muzeyin yaradılması məsələsi qalır", - Pişnamazzadə qeyd edib.

Qeyd edək ki, Qədim yeraltı keçidlərin tarixi VIII əsrə gedib çıxır. Gəncənin strateji mövqeyi elə olub ki, şəhərə daim hücumlar, yürüşlər baş verib. Mülki əhalini qorumaq üçün belə yollar çox əhəmiyyətli olub. Bu yeraltı keçidlərdən hətta faytonların keçməsi də nəzərdə tutulub. Buna görə də həmin yerlər daha çox fayton yolları adlanır. Muzey kimi istifadə olunmasına imkan verən belə yollardan biri Heydər Əliyev prospektində aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti