...

Son 20 ildə Azərbaycanda 66 711 tələbə diplom alıb

Cəmiyyət Materials 19 Fevral 2013 10:29 (UTC +04:00)
Son 20 il ərzində Azərbaycanda 66 711 tələbə diplom alıb.
Son 20 ildə Azərbaycanda 66 711 tələbə diplom alıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Son 20 il ərzində Azərbaycanda 66 711 tələbə diplom alıb. Trend-in "Tələbə-Məzun" Dövlət Elektron Sisteminə istinadən verdiyi məlumata görə, bu müddətdə ən cox diplom ali təhsilin bakalavriat səviyyəsi üzrə verilib.

Qeyd edilən müddətdə 34 033 tələbə bakalavriat səviyyəsi üzrə diplom alıb. Magistratura səviyyəsi üzrə 3351 tələbə diplom ala bilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili pilləsi üzrə 17 696, ümumi orta təhsil bazasında 11 631 nəfər diplom alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemi ötən il martın 28-də istifadəyə verilib. Qeyd edilən statistik məlumatlar sistemə təhsil müəssisələri tərəfindən ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti