...

Azərbaycanda məktəblər üçün akkreditasıyadan keçmə proseduru asanlaşır

Cəmiyyət Materials 28 Fevral 2013 10:00 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasıyası ilə bağlı yeni elektron xidməti sınaqdan keçirib.
Azərbaycanda məktəblər üçün akkreditasıyadan keçmə proseduru asanlaşır

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasıyası ilə bağlı yeni elektron xidməti sınaqdan keçirib. Bunu Trend-ə Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, bu xidmətin tətbiqi nəticəsində akkreditasiyadan keçəcək təhsil müəssisələri TN-yə tələb olunan sənədləri elektron yolla təqdim edəcəklər.

"Akkreditasiyadan keçirilən təhsil müəssisəsinin təsisçisi sənədlər üçün dəfələrlə nazirliyə gəlməli olurdu. Ancaq o, indi saytımızı açaraq görəcək ki, lazım olan hansı sənədləri hələ əldə edə bilməyib",-Zərbəliyev deyib.

O qeyd edib ki, müraciət edən həmin sənədləri əldə etdikdən sonra onları TN-yə elektron formada göndərəcək. Nazirlik də öz növbəsində müraciət edənə elektron qaydada cavab verəcək.

"Ona elə elektron formada bildirəcəyik ki, hansı sənəd düzdür, hansı sənəd qaydasında deyil. Belə olduqda daha onun nazirliyə gəlib-getməsinə ehtiyac qalmayacaq",-nazirlik rəsmisi bildirib.

Şöbə müdirinin sözlərinə görə, yaxın zamanlarda bu xidmətlərin təşkili ilə bağlı təkmilləşdirmə işlərinin tamamlanması gözlənilir.

Zərbəliyev bu tədsris ilinin sonuna kimi həmin xidməti tam işə sala biləcəklərini ümid etdiklərini də söyləyib.

Qeyd edək ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələri akkreditasiyadan keçirilir. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti