...

"BİOLOJİ TƏBABƏT" klinikası

Cəmiyyət Materials 28 Fevral 2013 14:08 (UTC +04:00)
Ekoloji çirklənmə, düzgün qidalanmama, həyat keyfiyyətinin və iş rejiminin getdikcə pisləşməsi xəstəliklərin meydana çıxma riskini artırır.
"BİOLOJİ TƏBABƏT" klinikası

Ekoloji çirklənmə, düzgün qidalanmama, həyat keyfiyyətinin və iş rejiminin getdikcə pisləşməsi xəstəliklərin meydana çıxma riskini artırır. Təbabətin sürətlə inkişaf etməsinə baxmayaraq xroniki xəstəliklər getdikcə artır. Lakinklassik təbabət bu xəstəlikləri müalicə edə bilmir. Statistikaya görə XX əsrin əvvəllərində xəstəliklərin yalnız 50%-i xroniki hala keçirdi. Amma hazırda bu göstərici 90% - ə çatmışdır. Elə həmin statistikaya görə, əgər əvvəllər xroniki xəstəliklər nəticəsində əhali ölümü 45% təşkil edirdisə, hazırda bu 80% - ə qədər qalxmışdır.

Elə buna görə də, son onillikdə bioloji təbabətin populyarlığı getdikcə artır. Statistik məlumatlara görə, həkimlərin61% onu adi təbabətdən üstün sayır, 32%-i bioloji təbabəti daha məqsədyönlü hesab edir, 7% isə prinsipcə istifadə etmir.

C:\Users\DESIGNER\Desktop\0001.jpg

Bioloji təbabətin klassik təbabətdən fərqi

BİOLOJİ TƏBABƏT

KLASSİK TƏBABƏT

  • Özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edir
  • Özünübərpa və müdafiə mexanizmlərini zəiflədir
  • Xəstəliyin səbəbini aradan qaldırır
  • Xəstəlik əlamətlərini müvəqqəti aradan qaldırır
  • Xəstəliyi deyil, xəstəni müalicə edir
  • Xəstəliyi müalicə edir
  • Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə
  • Kimyəvi, sintetik preparatlardan istifadə
  • Müalicə zamanı digər orqan və toxumalar zədələnmir
  • Kimyəvi preparatların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar zədələnir

Bioloji Təbabət elminin 6 prinsipi var:

Primum non nocere -Zərər vermə!

Bioloji Təbabətdə yalnız təhlükəsiz və effektiv müalicə metodlarından istifadə edilir.

Vis medicatrix naturae - Təbiətin müalicə gücü

Hər bir insan orqanizmi özünübərpa qabiliyyəti ilə təchiz edilmişdir. Hər bir həkimin vəzifəsi isə bu özünübərpa proseslərini təbii və zərərsiz müalicə üsulları ilə sürətləndirməkdir.

Tolle causam - Mövcud olan simptomları deyil, xəstəliyin səbəbini müəyyən edib, səbəbi müalicə etmək

Həkim xəstəliyi onun simptomlarına əsasən axtarır və müalicə edir. Hər bir simptom orqanizmin öz-özünü müalicə etməyə çalışmasının təzahürüdür. Xəstəlik mənbəyi o zaman aradan qaldırılır ki, orqanizmdə özünübərpa prosesləri fəaliyyət göstərə bilir.

Tolle totum - Bütöv orqanizmin müalicəsi

Müalicə zamanı sağlamlıq və xəstəlikfaktorları ilə zəngin olan orqanizm bir bütün olaraq düşünülür. Bioloji Təbabətdə həkim pasiyentin ehtiyacına uyğun olaraq dəyişkən və fərdi müalicə proqramlarından istifadə edir.

Docere - Həkim müəllimdir!

Pasiyentin maarifləndirilməsi, motivasiyası və psixoloji cəhətdən möhkəmləndirilməsi hər bir həkimin birinci vəzifəsidir. Yalnız bundan sonra o öz müalicəsini həyata keçirə bilər. Həkimlə pasiyent arasındakı bu əlaqə böyük müalicəvi əhəmiyyət kəsb edir.

Profilaktika müalicədən daha yaxşıdır!

Bioloji Təbabətlə məşğul olan həkim profilaktik təbabət üzrə ən yaxşı mütəxəssisdir. Həkim irsi meyilliyi və riskfaktorlarını qiymətləndirərək müvafiq riskazaldan tədbirləri həyata keçirir. Xəstəliklərin profilaktikası dedikdə düzgün həyat tərzinə aparan məsləhət və tədbirlər sistemi başa düşülür.

Bioloji Təbabət elmi

İngiltərədə - 1800 il

Almaniyada - 1848 il

Rusiyada - 1993

Ukraynada - 1995

Azərbaycandaisə 2001-ciildən etibarən tətbiq olunur.

Bioloji mualicə metodlarına əsaslanan " BİOLOJİ TƏBABƏT " klinikası Bakıda 2009-cu ilin fevral ayından etibarən fəaliyyət göstərir. Klinikada Alman, İtaliya, Ukrayna, Rusiya kimi müxtəlif ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə müxtəlif elmi-praktik seminarlar, forum və mühazirələr keçirilir, peşəkar həkim məsləhətinə ehtiyacı olan xəstələr qəbul olunur. "BİOLOJİ TƏBABƏT " klinikasında ən müasir avadanlıqlarla təchiz edilmiş funksional diaqnostikai, laboratoriya şöbələri fəaliyyət göstərir və müayinələrin dəqiq aparılmasına zəmanət verilir!

"Bioloji Təbabət" klinikası

(Almaniya- Azərbaycan)

Bioloji təbabət klinikasını seçməyiniz üçün 6 səbəb:

  • Müasir texnologiya ilə təchiz olunmuş laboratoriya və diaqnostika şöbələri
  • AXSYM - ABBOT (ABŞ) - cəmi 15-45 dəqiqə ərzində nəticələri və xüsusi ilə hepatitlərin dəqiq differensiasiyasını təqdim edir.
  • ARCHİTECT C8000 (Abbot, ABŞ). Biokimyəvi analizator- təcili müayinələr və yüksək dərəcədə dəqiq nəticələr verməklə 1 saat ərzində 1200 test hazırlayır.
  • PZR DİAQNOSİKA Abbott RealTime m2000rt Müxtəlif bioloji materialdan RNT/DNT-nin ayrılması avtomatlaşdırılmışdır. Real Time rejimi hesabına hər amplifikasiyadan sonra deteksiya aparıla bilir. Adi PZR-də isə deteksiya yalnız son materialda aparılır. Bu isə öz növbəsində analiz nəticələrinin etibarlığını azaldır.
  • Almaniyada ən son texnologiya ilə hazırlanmış və tərkibində müxtəlif bitki, heyvan, mikroorqanizm, mikroelement mənşəli kompnentlər olan biopreparatlarla müalicə
  • Ən müasir aparatura ilə təchiz edilmiş fizioterapiya şöbəsində:
  • Plazmoferez
  • Ozonoterapiya
  • "SPA" terapiya
  • Hidrokolonterapiya
  • Tibbi kosmetologiya
  • Müasir müalicə üsulları ilə qədim Şərq müalicə metodlarının sintezi:
  • Biopunktura
  • Homeosiniatriya
  • Mezoterapiya
  • Autohemoterapiya
  • Manual terapiya
  • Hirudoterapiya və s.
  • Almaniyada xüsusi kurs keçmiş həkim heyyəti
  • Xəstələrin müalicəsinin alman mütəxəssislərinin iştirakı ilə "Bioloji Təbabət" klinikasında və Almaniyada təşkili

14 iyun 2012- ci ildə Göyçay şəhərində BIOLOJI TƏBABƏT klinikasının filialı açılmışdır. Bu da Göyçay və digər ətraf rayonların sakinlərinə bioloji üsüllarla müalicə olunmaq üçün əlverişli fürsətdir.

Ünvan: Bakı şəh., Cavadxan küç.,24 (M.Əcəmi metro stansiyasının yaxınlığında)

Tel/Fax: (012)(070) (055)(050) 430 89 89

Göyçay filialı: Göyçay r-nu, M.Muradov küç.12

Tel: (020 274) 70 80/ 90

Məqalədə:
Xəbər lenti

Xəbər lenti