...

Bioloji Təbabət klinikası 8 Mart münasibəti ilə xanımlara güzəşt kampaniyası təklif edir

Cəmiyyət Materials 1 Mart 2013 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bioloji Təbabət klinikası qarşıdan qələn 8 Mart Beynalxalq Qadınlar Günü münasibətlə xanımlara güzəşt kampaniyası təklif edir.

Trend-in məlumatına görə, martın 1-dən 8-dək qadınlar üçün Bioloji Təbabət klinikasında damar cərrahının konsultasiyası ödənişsiz, skleroterapiya isə 50 faiz güzəştlə həyata keçiriləcək.

Martın 4-dən 9-dək qadınlar üçün Bioloji Təbabət klinikasında süd vəzilərinin müayinəsi və konsultasiyası həkim onkoloq- mammoloq tərəfindən 20 faiz güzəştlə həyata keçiriləcək.

Bioloji Təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti