...

Azərbaycanda reseptlərdə dərmanların adlarının yazılış forması dəyişdirilə bilərmi?

Cəmiyyət Materials 7 Mart 2013 14:39 (UTC +04:00)
Bu ilin sonlarına yaxın Rusiyanın səhiyyə sistemində daha bir yenilyiin tətbiqinə başlamaq nəzərdə tutulur.
Azərbaycanda reseptlərdə dərmanların adlarının yazılış forması dəyişdirilə bilərmi?

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sonlarına yaxın Rusiyanın səhiyyə sistemində daha bir yenilyiin tətbiqinə başlamaq nəzərdə tutulur. Trend-in məlumatına görə, bu ilin sonlarında artıq Rusiyanin müəyyən ərazilərində reseptlərə dərmanların tam deyil, onun yalnılz aktiv təsiredici maddələrinin adları yazılacaq.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən isə Trend-ə bildirilib ki, bunun da əsas məqsədi həkimlə əzçacı şirkətlər arasında sövdələşmələrin qarşısının alınması və dərman preparatlarının qiymətlərinin artmasnın qarşısını almaqdır.

Ancaq nazirlik belə bir təcrübənin Azərbaycanda tətbiqini düzgün hesab etmir.

"9 milyon əhalisi olan Azərbaycanla Rusiyanı müqayisə etmək çətindir. Çünki Rusiyanın 150 milyonluq əhalisi var və federativ quruluşa malikdir. Orada dərman preparatlarının qiymətlərinin salınması ilə bağlı əvvəllər də başqa tədbirlər görməyə çalışırdılar. Ancaq bu tədbirlər də effekt vermədi",-nazirlikdən əlavə edilib.

Daha sonra bildirilib ki, bəzi dərmanlar müxtəlif təsiredici maddələrin qarışığından ibarətdir. Buna görə də reseptdə həkim tərəfindən dərmanın tərkibinin hansı formada yazılmasının özü də sual doğura bilər.

Nazirlikdən deyilib ki, bu gün Səhiyyə Nazirliyi ölkənin əçzaçılıq bazarını tam nəzarətdə saxlayır. Nazirlik dərmanların həm pərakəndə, həm də topdansatışı bazarında monitorinqlər aparır və keyfiyyətin lazımı səviyyədə olmasına nəzarət edir. Digər tərəfdən, əzcazçılıq şirkətləri ilə həkimlər arasında olan sövdələşmələrinin qarşısını almaq üçün Azərbaycanda vahid resept blankı tətbiq olunur. Bundan başqa, xəstəxanaların iş saatlarında əczaçılıq şirkətlərinin nümayəndələrinin bu müəssisələrə girişi məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti