Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend-ə məhkəmədən məlumat verilib.
Hökmə əsasən, İmanlı barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi 178-ci maddəsinə (dələduzluq) tövsif edilib.
Qeyd edək ki, Baş Prokurorluğun daha öncə yaydığı məlumatda qeyd edilirdi ki, İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında yaxalanıb.
Bakı Dövlət Universitetinin rüşvət almaqda ittiham olunan sabiq müəlliminə 3 il iş kəsildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
