...

DİN rəhbərliyi Sabirabadda qaçqın və məcburi köçkünlərlə görüşüb

Cəmiyyət Materials 15 Mart 2013 16:39 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bütün bayramlarda olduğu kimi, xalqımızın çoxəsrlik milli adət-ənənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz ərəfəsində - martın 15-də respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-in təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
DİN rəhbərliyi Sabirabadda qaçqın və məcburi köçkünlərlə görüşüb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

DİN qaçqın və məcburi köçkünlərə Novruz sovqatı paylayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bütün bayramlarda olduğu kimi, xalqımızın çoxəsrlik milli adət-ənənələrini özündə əks etdirən, ən əziz bayramlarımızdan olan Novruz ərəfəsində - martın 15-də respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-in təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitilərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlərdən, böyük quruculuq işlərindən danışmış, bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə də minnətdarlığını bildirib.

Polis general-leytenantı Əsgər Ələkbərov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayram münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də layiqincə davam etdirildiyini məmnunluqla xatırladıb.

Nazir müavini ölkə başçımıızın bütün vətəndaşların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ən çox ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, daxili və xarici siyasət, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş bir sıra uğurlardan danışıb. Bu gün Azərbaycanın regionda lider dövlətə çevrildiyini, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial sözünü dediyini, iqtisadi potensialımızın, hərbi qüdrətimizin durmadan artdığını xatırladan nazir müavini ölkəmizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb, əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması yönümündə qazanılmış uğurlar, son günlər ordumuza qarşı müstəqilliyimizə qənim kəsilmiş, respublikamızın güclənməsini gözləri götürməyən maraqlı dairələrin apardıqları çirkin təxribat barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan möhtərəm dövlət başçımızın yeritdiyi məqsədyönlü siyasətin torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqları ilə nəticələnəcəyinə əminliyini bildirib.

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 64,5 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb.

Bundan əlavə, sözügedən vəsaitin qalan 24,5 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti