Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir H. Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bayram günlərində rabitə, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz xidmətini təmin etmək məqsədilə struktur bölmələrinə tapşırıq verib. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən bildiriblər.
Novruz bayramı ərəfəsində nazirlik telefon xətləri və borcu olan abonentlərin (onların müraciəti əsasında) fasiləsiz işini təmin etməyi tapşırıb.
Rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər.
Operatorların bütün struktur bölmələrinə mümkün problemlərin təcili aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırığı verilib.